Xəzər Xəbər

Bazarda kartof bolluğu var - yerli məhsul gəlmədən bahadır FOTO/VİDEO

Veb TV | 21:38 • 19 Noyabr 2023
Bazarda kartof bolluğu var - yerli məhsul gəlmədən bahadır

Paytaxt bazarlarında hazırda kartof məhsulu bolluğuna görə digərlərindən fərqlənir. Yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin çoxalacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb.

Ekspertlər qeyd  edirlər ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir.

Xezerxeber.az-ın məlumatına görə, bazarlarda məhsul bol, qiymət isə fərqlidir. Kartofun kiloqramı 60 qəpik - 1 manat 20 qəpik arasında dəyişir.

Amma alıcılardan kimisi marketdə məhsulun daha ucuz olmasından, kimisi çeşidlənmənin keyfiyyətindən, kimisi də qiymətdən narazıdır.

Satıcılar isə kartofun ucuz olduğunu, bölgələrdə bu  il məhsulun daha bol olduğunu deyirlər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar azdır.

İqtisadçı - ekspert Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda ixracın son dönəmlər azalması təkcə bu ilin 9 ayında deyil, eyni tendensiya ilin 6 ayında və ötən il də müşahidə edilib.

Ekspert qeyd  edib ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, bazar tələb-təkliflə nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat düşür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024