Bakıda sərnişin avtobusu yolu keçmək istəyən iki qadını vurub.
Xezerxeber.az-ın məlumatına görə, ağır yol - nəqliyyat hadisəsi səhər saatlarında paytaxtın Sabunçu rayonunda baş verib.
Sərnişin avtobusu Balaxanı-Zabrat yolunda yolu keçmək istəyən iki piyadanı vurub. Hadisə şahidlərinin verdiyi məlumata görə, hər iki qadın hadisə yerində dünyasını dəyişib.
Salyanda isə yük maşını ilə mikroavtobusun toqquşması ölümlə nəticələnib.
TƏBİB-dən bildirilib ki, baş verən yol -nəqliyyat hadisəsi ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər yerləşdirilib.
Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Gecə saatlarında isə vəziyyəti ağır olan 15 yaşlı yeniyetmə dünyasını dəyişib, 1 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: