Laçında işğal dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış qəbiristanlıq yenidən qurulur. Burada olan 264 məzar daşı bərpa edilib.
Xezerxeber.az-ın məlumatına görə, Laçın şəhər qəbiristanlığı ermənilərin viran qoyduğu onlarla məzarlıqdan yalnız biridir.
Rayon sakinləri qəbiristanlığa gələndə ata-babalarının, yaxınlarının qəbirlərini tapa bilmirdilər. Artıq aparılan yenidənqurma işləri çərçivəsində 264 məzar daşı bərpa edilib.
İndi el -obalarına qayıdan Laçın sakinləri doğmalarının məzarlarını rahat şəkildə ziyarət edə bilirlər.
Qəbiristanlığın ərazisi yaşıllıq zolağı ilə də əhatə ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: