Xəzər Xəbər

"TƏBİB"-in tibb bacıları həkim professorlarla eyni maaş alır- İDDİA VİDEO

Veb TV | 21:40 • 18 Noyabr 2023
"TƏBİB"-in tibb bacıları həkim professorlarla eyni maaş alır- İDDİA

"TƏBİB-in tabeliyindəki xəstəxanalarda çalışan tibb bacıları Səhiyyə Nazirliyinə tabe olan müəssisənin professoruyla eyni maaşı alır.

Xezerxeber.az xəbər verir ki, Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının professoru Mübariz Əliyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi müəssisələrində əməkhaqqı TƏBİB-in tabeliyindəkilərdən xeyli aşağıdır.

O hətta bildirir ki, TƏBİB-in tabeliyindəki tibb bacıları Səhiyyə Nazirliyinə tabe olan müəssisənin professoruyla eyni maaşı alır.

Mübariz Əliyev bildirir ki, əməkhaqqının aşağı olması problemi təkcə pedaqoq kimi fəaliyyət göstərən professorlardadır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qurumun tabeliyindəki tibb müəssisələrində çalışan və elmi dərəcəsi olan mütəxəssislərin aylıq məvacibi vahid tarif sorğusunun müəyyən etdiyi qaydalara əsasən, təyin olunur. Bununla yanaşı, vahid tarif sorğusuna əsasən müvafiq kateqoriyalar üzrə elmi bölmədə çalışan elmi işçilərə 200-500 manat, kliniki bölmə üzrə həkimlərə isə 800 manat sabit həvəsləndirici əlavələr verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar