Müxtəlif şəhər və rayonlardan Laçına gediş-gəliş asanlaşır.
Xezerxeber.az xəbər verir ki, bu istiqamətdə avtobusların fəaliyyətə başlaması planlaşdırılır.
Laçın küçələrində isə yaxın vaxtlarda tramvay və digər ictimai nəqliyyat fəaliyyətə başlayacaq.
Mərkəzi küçədə hərəkət edəcək olan tramvaylar artıq şəhərə gətirilib.
Laçında rahat yaşayışın təmin edilməsi üçün bütün infrastruktur su, kanalizasiya və elektrik xətləri, yollar yenidən qurulub. Otuz ilə yaxın işğal altında qalan, düşmənin viran qoyduğu Laçın indi azad nəfəs alır.
Qeyd edək ki, "Böyük Qayıdış" Dövlət Proqramına uyğun olaraq Laçına qayıdış plana uyğun olaraq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: