Xəzər Xəbər

ABŞ-ın Bakıdakı təşkilatı NƏ İLƏ MƏŞĞULDUR? VİDEO

Veb TV | 22:00 • 17 Noyabr 2023
ABŞ-ın Bakıdakı təşkilatı NƏ İLƏ MƏŞĞULDUR?

USAID dünyada inkişafı deyil, xaosu stimullaşdırır.

Xezerxeber.az xatırlatma edir ki, oktyabrda Gürcüstanda baş verən hadisələrdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin yəni USAİD-in adı geniş şəkildə hallanırdı. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalıları maliyyələşdirməkdə ittiham etmişdi. Bu ittiham əsassız deyildi. Gürcüstan hökmutənin əlində yetərincə sübutlar var idi.

Bəs USAİD nə işlə məşğuldur?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin proqramları ilə əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. Bu, aysberqin görünən üzüdür. Aysberqin görünməyən tərəfi isə ondan ibarətdir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öz əməliyyatlarını həyata keçirmək məqsədilə USAID-dən pərdələnmək üçün istifadə edir. USAID-in davamlı olaraq bir ölkədə görünməsi həmin dövlətin daxili işlərinə qarışmaq, siyasi proseslərə müdaxilə etmək, hakimiyyət çevrilişlərinə cəhd məsələləri deməkdir. Maraqlısı budur ki, təşkilat Azərbaycanda da uzun illərdir ki, fəaliyyət göstərir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyir ki, bu təşkilat ABŞ-ın siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını "qrantlar vermək" adı ilə ələ alır və təxribat yönümlü fəaliyyət göstərir.

Müşfiq Ələsgərli  deyir ki, rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir.

O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə də ehtiyac yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar