Xəzər Xəbər

Sumqayıtda əlil çarəsiz vəziyyətdə VİDEO

Veb TV | 23:59 • 18 Noyabr 2023
Sumqayıtda əlil çarəsiz vəziyyətdə

1-ci qrup əlil yaşadığı binadan həyətə belə düşür. Pilləkənlərdə pandusun olmaması ona çətin anlar yaşadır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sumqayıt şəhər 12-ci mk bina 738 B-dəndir.

Keçmiş Məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin bu binasında yaşayan 20 yaşlı 1-ci qrup əlil Elşən Eyvazlı 5 ildir pilləkənlərdən düşüb və qalxmaqda əziyyət çəkir.

Elşənin nənəsi Nazlı Məhiyə aidiyyəti qurumlara müraciət etdiyini, lakin bunun heç bir nəticə vermədiyini iddia edir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkün qəsəbəsində yerləşən binaların bir neçəsində panduslar quraşdırılıb. Proses Dövlət Komitəsinə müraciət əsasında həyata keçirilir. Panduslar mümkün olan yerlərdə yalnız Dövlət Komitəsinin Fövqəladə Hallar Nazirliyinə müraciəti nəticəsində, razılıq olduğu təqdirdə quraşdırılır. Adıçəkilən ünvanda pandusun quraşdırılması ilə bağlı müraciətə müvafiq sənədləşmə işlərindən sonra qanunauyğun formada baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar