Xəzər Xəbər

10 il əvvəl maşın vurdu, həm pensiyasından oldu, həm də sağlamlığından VİDEO

Veb TV | 21:15 • 17 Noyabr 2023
10 il əvvəl maşın vurdu, həm pensiyasından oldu, həm də sağlamlığından

10 il əvvəl başına hadisə gəldi, sağlamlığından oldu. Hadisə iş zamanı baş versə də amma çalışdığı müəssisə illərdir bunun əksini iddia edir.

Xezerxeber.az xəbər verir ki, Nəcibə Nuhova Zaqatala rayonunda komunanl müəssisələri kombinatında süpürgəci kimi çalışıb.

2013-cü ilin sentyabrında iş başında olarkən onu avtomobil vurub. Elə hadisələr də bundan sonra baş verib.

Müsahibimizin sözlərinə görə, qəzadan sonra hazırda səhhətində ciddi problemlər var. Amma pensiyası kəsildiyinə və maddi durumunun yaxşı olmamasına görə, sağlamlığının qayğısına qala bilmir.

Nəcibə Nuhova bildirir ki, qəzadan sonra həm səhhətindən olub, həmdə iş qabiliyyətini itiirib. Pensiya almaq üçün isə hadisənin iş zamanı baş verdiyi ilə bağlı ona çalışdığı müəssisədən lazımı sənəd illərdi ki, verilmir. Bununla bağlı hara müraciət etsə də amma sualları cavabsız qalır.

Məsələ ilə bağlı Zaqatala rayon kommunal müəssisələri kombinatına yollandıq.

Müəssisədən bildirildi ki, sözü gedən şəxs Nuhova Nəcibə Yusif qızı 10 il əvvəl müəssisədə işləyib və təqaüdə çıxıb. Təqaüdə çıxarkən lazım olan hər bir sənəd şəxsə təqdim olunub. Hazırda müəssisədə həmin şəxsə aid heç bir sənəd mövcud deyil. Sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilib. O ki qaldı, Nəcibə xanımın iş başında xəsarət almasına, müəssisə bu məsələni qəbul etmir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar