Xəzər Xəbər

Dələduzların toruna BELƏ DÜŞDÜ VİDEO

Veb TV | 20:50 • 17 Noyabr 2023
Dələduzların toruna BELƏ DÜŞDÜ

12500 manat verib ev aldılar, indi ortada nə ev var, nə də pul.

Bu iddia ilə Məcidovlar ailəsi “Xəzər Xəbər”ə müraciət edib. Ailə başçısı Hüseynbala Məcidov iddia edir ki, təqribən 9 ay əvvəl Suraxanı rayonu Hövsan Qəsəbəsi, Quşçuluq savxozu ərasizindən ev alıb. Lakin bir müddət sonra həmin evdə yaşayış olduğu öyrənib.

Hüseynbala Məcidov deyir ki, evi ona satan Ramin Məmmədlidən evin pulunu geri ala bilmədiyindən polis bölməsinə müraciət edib. Lakin məsələ məhkəmə predmeti olduğundan hələ də həllini tapmayıb. Həyat yoldaşı Şəhla Məcidova da iddia edir ki, 9 aydır evin pulunu ala bilmirlər. Evi isə istəmirlər.

Məsələni aydınlaşdırmaq üçün evi satan şəxs, Ramin Məmmədli ilə əlaqə saxladıq. O, isə bildirdi ki, sözgüdən şəxslər aldıqları evi bir müddət sonra bəyənmədiklərini deyərək pullarını tələb ediblər. Ev sahibi isə ödənişi qaytarmaq üçün vaxt istəyib.

Ramin Məmmədli onu da əlavə edib ki, ödənişi həmin şəxslərə elə notarial qaydada geri verəcək ki, alqı-satqı müqaviləsinə də xitam verilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar