Xəzər Xəbər

İnternet provayder və operatorlarla bağlı ÖLÇÜ GÖTÜRÜLDÜ VİDEO

Veb TV | 20:40 • 17 Noyabr 2023
İnternet provayder və operatorlarla bağlı ÖLÇÜ GÖTÜRÜLDÜ

İnternet provayderinə qoşulma, abunə və servis xidmətləri, tariflər, video danışıqlarda donmalar, yaxud gecikmələr, həmçinin canlı yayımda təsvirlərin pozuntusu kimi hallarla bağlı şikayətlər daha operativ şəkildə təmin olunacaq.

Xezerxeber.az xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları agentliyi tərəfindən Bu məqsədlə "E-Şikayət" sistemi yaradılıb.

Vətəndaş "E-Şikayət" sistemində müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilər. Bunun üçün "İdentifikasiya nömrəsi ilə" bölməsinə daxil olaraq "Abunəçi" səhifəsinə keçid edib "Abunəçi kabineti"ndən müraciət edə bilər. vətəndaş şikayətdə internet provayderlərinin iştirakını və cavablandırma mərhələsini online qaydada izləyə biləcək. Bütün prosesə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi nəzarət edəcək.

Vətəndaşlar yalnız uçota alınan151 internet provayderi və operatoru haqqında yeni sistem vasitəsilə şikayət yaza bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti