Xəzər Xəbər

Mingəçevirdə uşaqlar arasında “Hepatit virus”u NECƏ YAYILIB?-TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:30 • 17 Noyabr 2023
Mingəçevirdə uşaqlar arasında “Hepatit virus”u NECƏ YAYILIB?-TƏFƏRRÜAT

Belə əlamətlər biruzə verən bu xəstəlik əslində “Hepatit A” virusdur.

Xezerxeber.az xəbər verir ki, son bir həftə ərzində Mingəçevir şəhərindən bu diaqnozla 6 şagird  paytaxtın 2 nömrəli uşaq xəstəxanasına gətirilib.

Daxil olan 4 oğlan və iki qız uşağına xəstəxanada ilkin yardım edilib. Onların bəzilərinin vəziyyəti stabilləşib.

Kliniki Tibbi Mərkəzin nəzdindəki 2 nömrəli Kliniki Uşaq Xəstəxanasın şöbə müdiri Aynur Musayeva deyir ki, daxil olan uşaqlardan 2-də "Hepatit A" virusu aşkar edilib. Digər 4 uşaqda isə hələki hepatit-a virusu təsdiq edilməyib.

Müraciət edən xəstələrdən 2-si ambulator müalicə üçün evə buraxılacaq, digər 4 nəfər isə xəstəxanada həkim nəzarəti altında müaliəcə alacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti