Xəzər Xəbər

Azərbaycanda torpaq sürüşməsi İNTENSİVLƏŞDİ VİDEO

Veb TV | 20:20 • 17 Noyabr 2023
Azərbaycanda torpaq sürüşməsi İNTENSİVLƏŞDİ

Bir beçə müddətdir ki, Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi intensivləşib.

Xezerxeber.az xəbər verir ki, ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır.

Pensərçay sağ və sol sahillərinə doğru 20 - 25 metr genişlənib. Sakinlərin istifadə etdiyi yolda təhlükəli vəziyyət yaranıb. İndi yoldan ağır tonajlı yük maşınları keçə bilmir.

Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub.

Kənd Bələdiyyəsindən bildirilib ki, məslə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Bələdiyyə sədri qeyd etdi ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti