Xəzər Xəbər

Müharibə veteranlarının təqaüdünün artırılması GÜNDƏMDƏ VİDEO

Veb TV | 20:05 • 17 Noyabr 2023
Müharibə veteranlarının təqaüdünün artırılması GÜNDƏMDƏ

Müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanmalıdır.

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

Deputat müharibə adıçəkilən müavinətin artırılmasını təklif edib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov millət vəkilinin təklifinə münasibət bildirib. Bildirib ki, aparılan islahatlar çərçivəsində minimum əməkhaqqının, minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri demək olar ki, hər il artırılıb.

Onun sözlərinə görə, bu məsələ müntəzəm şəkildə Maliyyə və İqtisadiyyat Nazirliklərinə müzakirə olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, növbəti ilin büdcə gəlirlərinin 282, xərclərinin isə 138 milyon manat artırılması planlaşdırılır. Bu isə indiyə qədər olan büdcə göstəricilərdən daha böyükdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti