Xəzər Xəbər

İrəvan Dövlət Universitetində PARTLAYIŞ

Veb TV | 10:54 • 17 Noyabr 2023
İrəvan Dövlət Universitetində

İlkin məlumata əsasən, İrəvan Dövlət Universitetində partlayış ali məktəbin kimya kafedrasının binasındakı zirzəmidə baş verib.

Xezerxeber.az xəbər verir ki, hazırda partlayışın baş vermə səbəbini araşdırmaq üçün hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub.

Partlayış zamanı xəsarət alan 3 nəfərin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd olunub.

Səhiyyə Nazirliyi isə partlayış nəticəsində bir nəfərin öldüyünü açıqlayıb. Ölən şəxsin yaşıllaşdırma idarəsinin əməkdaşı olduğu bildirilir.

Partlayış universitetin fizika və kimya fakültələrinin yerləşdiyi binada baş verib.

Xəbər lenti

Çox oxunanlar