Xəzər Xəbər

Azərbaycanı təhdid dili ilə qorxutmaq MÜMKÜN DEYİL VİDEO

Veb TV | 21:30 • 16 Noyabr 2023
Azərbaycanı təhdid dili ilə qorxutmaq MÜMKÜN DEYİL

Suveren, müstəqil Azərbaycan dövlətinin siyasi iradəsinə təsir edə bilməyən Amerika Birləşmiş ştatları müxtəlif vasitələrlə ölkəmizə təzyiq etməyə çalışır.

Xezerxeber.az xəbər verir ki, ABŞ konqresinin nümayəndələr palatasında dırnaqarası dağlıq qarabağın gələcəyi mövzusunda keçirilən dinləmələrdə səsləndirilən fikirlər heç vaxt azərbaycanı öz yolundan döndərə bilməz. Ümumiyyətlə Qarabağ ölkəmizin daxili məsələsidir və heç bir qüvvənin bu mövzuda azərbaycanla ultimatum dilində danışmağa haqqı yoxdur.

Politoloq Amid Əliyev deyir ki,  Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. ABŞ başa düşməlidir ki ölkəmiz olmadan onun regionda və mərkəzi asiyadakı siyasəti iflasa uğruyacaq. Konqresdə çıxış edənlər azərbaycana yardım edilməyəcəyini deyərək guya hədə qorxu gəliblər. Əslində Azərbaycan özü digər dövlətlərə yardım edir və kiminsə köməyinə ehtiyacı yoxdur. ABŞ-a yardım üçün Ermənistan dilənə bilər.

Politoloq bildirib ki, ümumiyyətlə bölgədən uzaq olan bir dövlətin proseslərə bu qədər müdaxilə etməsi yolverilməzdir. Amerika Birləşmiş Ştatları öz problemləri ilə məşğul olsa daha yaxşı olar. ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatına gəlincə, təbii ki, münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyü də yersiz hesab edililir.

ABŞ, separatçı rejimi dəstəkləyən tərəf kimi sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir.Politoloq bildirib ki ABŞ son illər Azərbaycanın qazandığı uğurları həzm edə bilmir.Bu dövlətdə yükəsk vəzifədə çalışanlar erməni lobbisinin sifarişləri əsasında azərbaycana qarşı qərəzli mövqe sərgiləyir.

Politoloq əlavə edib ki, Azərbaycanın dünyada nüfuzunun artdığı bir vaxtda onunla ultimatum dilində danışmaq heç bir dövlətə fayda verməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar