Xəzər Xəbər

DYP avtomobilini 2 ildir idarə etməyən şəxsə protokol YAZDI VİDEO

Veb TV | 20:55 • 16 Noyabr 2023
DYP avtomobilini 2 ildir idarə etməyən şəxsə protokol YAZDI

2 ildir idarə etmədiyi avtomobilə görə cərimələnib.

Xezerxeber.az xəbər verir ki, bu iddia ilə paytaxt sakini Fərman Əliyev çıxış edib.

Onun sözlərinə görə 2 il əvvəl idarə etdiyi nəqliyyat vasitəsi sıradan çıxıb. Təmir etdirməyə zamanı olmayıb. Bu səbəbdən də avtomobil bu müddət ərzində yaşadığı evin qarşısında qalıb. Lakin 3 ay əvvəl adına gələn cərimə protokolu onu təəccübləndirib.

Avtomobilin sahibi deyir ki, nəqliyyat vasitəsi işlək halda olmadığı üçün texniki baxışdan keçməsi də mümkün deyil və tətbiq olunan cərimənin üzərinə hər gün faiz gəlir.

Məsələ ilə Baş Dövlət Yol Polisindən bildirilib ki, belə halla üzləşən hal sürücülər aidiyyəti üzrə müraciət etməlidirlər.

Qurumdan bildirilib ki, vətəndaş Fərman Əliyevin adına tətbiq olunan cərimə ilə bağlı araşdırma aparılıb. Nəqliyyat vasitəsinin hərəkətdə olmadığı təsdiq olunduğu üçün, sürücüyə tətbiq olunan cərimə silinib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar