Xəzər Xəbər

130 min manatlıq qanunsuz ov cəriməsi yazıldı VİDEO

Veb TV | 20:45 • 16 Noyabr 2023
130 min manatlıq qanunsuz ov cəriməsi yazıldı

Qanunsuz ov edənlər 130 min manat cərimə ediliblər.

Bunu Ekologiya və Təbii sərvətlər nazirliyinin Dövlət Ekoloji təhlükəsizlik idarəsinin baş məsləhətçisi Dünya Həsilova ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib.

O bildirib ki, həmin şəxslərin hamısı bu ov mövsümündə aşkarlanıb

Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da olub. Onlar barəsində də cərimə sanksiyası tətbiq edilib.

Cərimələnmək istəməyən ovçular icazə verilən ov obyektləri ilə bağlı vaxtında icazələr almalıdırlar. Həmin şəxslər nəzərdə tutulan sayda ov edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar