Xəzər Xəbər

Prorektor Tariyel Əhmədovun həyat yoldaşı “Xəzər Xəbər”ə DANIŞDI VİDEO

Veb TV | 20:20 • 16 Noyabr 2023
Prorektor Tariyel Əhmədovun həyat yoldaşı “Xəzər Xəbər”ə DANIŞDI

İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşviq Atakişiyev 12 əvvəl törədilmiş qətlin sifarişində şübhəli bilinərək saxlanıb.

Xezerxeber.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, ''Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti'' nin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə yaşadığı binanın qarşısında idman meydançasında qəsdən öldürülməsi faktı ilə bağlı bu ilin aprel ayında Dəyanət Quliyev şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasinda törədildiyi müəyyən edilib.

Müşviq Atakişiyev və Samir Quliyev iş üzrə ''tamah məqsədilə qəsdən adam öldürmə'' maddəsilə təqsirləndirilən səxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

Tariyel Əhmədovun həyat yoldaşı Zemfira Əhmədova nitq qabliyyətini itirdiyindən onun ''Xəzər Xəbər'' kamerasına danışığını efirə vermirik. Amma bizə danışdıqlarını olduğu kimi təqdim edirirk: ''O vaxtı Tariyel müəllimlə biz bağa gedirdik. Bağa gedəndən Tarıyel sürücüsünə deyirdi ki, başqa yolla get. Qayıdanda da həmçinin bir başqa yolla qayıdırdıq. Dəfələrlə soruşdurdum ki, niyə belə edirsən? Deyirdi ki, birdən bizi izləyərlər''.

Zemfira Əhmədova onu da iddia edir ki, Müşviq Atakişiyev həyat yoldaşını işdən çıxarmaq və işgüzar nüfuzuna xələl gətirmək üçün onu izlədirmiş. Qadın deyir ki, Tariyel Əhmədov işlədiyi müddətdə bir dəfə də olsun işi ilə bağlı nöqsana yol verməyib. Qadın inanır ki, Tariyel Əhmədovun qatilləri layiqli cəzalarını alacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti