Xəzər Xəbər

1 milyon maşın qədər havaya zəhər buraxan 1 Xəzər gəmisinin ARAŞDIRMASI VİDEO

Veb TV | 19:55 • 16 Noyabr 2023
1 milyon maşın qədər havaya zəhər buraxan 1 Xəzər gəmisinin ARAŞDIRMASI

1 gəmi bərabərdir 1 milyon maşına...

Xezerxeber.az-ın xəbərinə görə, ekspert  Rəşad Şəkərov iddia edir ki, köhnə istehsallı gəmilər atmosferə azı 1 milyon maşın qədər zəhərli qaz buraxır.

Hazırda Xəzər sularında müxtəlif təyinatlı gəmilər üzür. Bunların içərisində istehsal ili köhnə olanları elə də az deyil.

Rəşad Şəkərov deyir ki, onlar atmosferi əməlli başlı çirkləndirir.

Onun sözlərinə görə, atmosferi zərərli qazlardan  qorumağın ən optimal yolu köhnə istehsallı gəmilərin daxili mühərriklərinə  yaşıl hidrogen texnologiyasının tətbiq olunmasıdır. Hansı ki, bütün dünya bu prosesdən faydalanır. Ancaq, ölkəmizdə geniş  istifadə olunmur.

Rəşad Şəkərovun sözlərinə görə, 2015-ci ildən etibarən istehsal olunan gəmilərin həm mühərrikləri modernləşdirilib, həm də də ən aşağı sulfid tərkibli yanacaqdan  istifadə olunur ki, atmosfer  zərərli qazlardan maksimum qorunsun. Ancaq , köhnə illi gəmilər ilə bağlı bu fikirləri səsləndirə bilmirik.

Məsələ ilə bağlı  Xəzər Dəniz Gəmiçiliyindən bildirildi ki, qurum özündə Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmalarını birləşdirir ki, onların da tərkibində ümumilikdə 260-a qədər  gəmi istismar olunur. Problemə gəlincə, atmosferə vurulan ziyana nəzarət edilməsi üçün beynəlxalq konvensiyalar mövcuddur və  onların tələblərinə  cavab verməyən gəmilərin istismarına icazə verilmir. Bu tələblər yaşından asılı olmayaraq bütün gəmilərə aiddir.  Xəzər Dəniz Gəmiçiliyinin balansındakı gəmilərdən atmosferə atılan atqılar isə Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələbləri daxilindədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Abbasov ilə də əlaqə saxladıq. Bildirdi ki, hazırda atmosferi ən çox çirkləndirən gəmilər yox, avtomobillərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti