Xəzər Xəbər

Bakıda minasızlaşma ilə bağlı ÇAĞIRIŞ VİDEO

Veb TV | 21:45 • 15 Noyabr 2023
Bakıda minasızlaşma ilə bağlı ÇAĞIRIŞ

“Biz təklif edirik ki, dünyada minasızlaşdırma ilə bağlı strategiya müəyyən edilsin.”

 Xezerxeber.az xəbər verir ki, ümid edirəm ki, Azərbaycanın bu təklifi müsbət qarşılanacaq və dünyanın minasızlaşması istiqamətində addımlar atılacaq".

Bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan minalarla ən çox çirkləndirilən ölkələrdən biridir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə çıxışında ölkənin iqtisadi göstəricilərinə və sahibkarlığın vəziyyətinə toxunub. Nazir qeyd edib ki, hazırda ölkədə 383 mindən çox şəxs aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

2 gün davam edəcək forumda Avropanın və MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, eləcə də BMT-nin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri iştirak edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar