Xəzər Xəbər

MM-də kredit faizlərinin yüksək olmasından DANIŞILDI VİDEO

Veb TV | 21:15 • 15 Noyabr 2023
MM-də kredit faizlərinin yüksək olmasından DANIŞILDI

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb. Büdcə zərfinə daxil olan qanunlar səsverməyə çıxarılaraq qəbul olunub.

Xezerxeber.az xəbər verir ki, parlamentin işlər müdiri Firudin Hacıyev gələn ilin dövlət büdcəsində Milli Məclisə və onun aparatına ayrılan büdcəyə diqqət çəkib.

Müzakirələrdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı deputatların ailə üzvləri üçün xarici ölkələrə səfər edərkən hava limanında VIP salondan istifadə etmək hüququnun bərpa edilməsini təklif edib.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə banklarda kredit fazilərinin yüksək olmasını bildirib.

Millət vəkili bu məsələdə yerli bankların xarici banklarla əməkdaşlığının vacibliyini vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar