Xəzər Xəbər

Mingəçevirdə evlərinə çıxarış ala bilməyən sakinlər mənzillərini sata bilmirlər VİDEO

Veb TV | 22:00 • 15 Noyabr 2023
Mingəçevirdə evlərinə çıxarış ala bilməyən sakinlər mənzillərini sata bilmirlər

27 il öncə tikilən binanın sakinləri mənzilləri üçün özəlləşdirmə sənədi ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, Mingəçevir şəhəri Natavan küçəsi 30/3-də 1996-cı ildə inşa edilən iki 30 mənzilli binadan birində işlərin yarımçıq qalması sakinlərə belə çətinlik yaradıb.

Sakinlərin sözlərinə görə, mülkiyyəti təsdiq edən sənəd olmadığına görə alqı-satqı edə bilmirlər.

Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirildi ki, sözügedən bina hazırda "Azərenerji" ASC-nin balansındadır. Əgər həmin qurum ondan imtina edərsə, İcra Hakimiyyəti onu öz balansına sala bilər.

Məsələ ilə bağlı Azərbaycan İstilik Elektrik Stansiyasından bildirildi ki, Azərenerji bina sakinləri tərəfindən qaldırılan mövcud problemin birdəfəlik həll edilməsi üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi əməkdaşları ilə  müzakirələr aparır. Bu məsələnin yaxın müddətdə qanuna uyğun şəkildə həll edilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar