Xəzər Xəbər

Bu prospektdə sürət həddi ENDİRİLDİ VİDEO

Veb TV | 20:45 • 15 Noyabr 2023
Bu prospektdə sürət həddi ENDİRİLDİ

Bakının əsas prospektlərindən birində sürət həddi 90km/saatdan 70 km/saata endirilib. Söhbət Ziya Bünyadov prospektindən gedir

Xezerxeber.az xəbər verir ki, artıq yol boyu deyişikliyə uyğun yol nişanlarının quraşdırılmasına başlanıb. Sürücülərin bir qismi bu addımı müsbət qiymətləndirir.

Amma əks fikirdə olanlar da var. Bəzi sürücülər sürət həddinin endirilməsinin prospektdə tıxaclara səbəb olacağını düşünürlər.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, küçə və prospektlərdə maksimal sürət həddinin endirilməsi aidiyyəti dövlət orqanlarının birgə rəyi əsasında həyata keçirilir.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində paytaxtda ən çox qəza məhz Ziya Bünyadov prospektində baş verib. belə ki, adıçəkilən yolda 25 qəza olub. 6 nəfər ölüb, 30 nəfər yaralanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar