Xəzər Xəbər

Gecə ikən zibil qutularının yerinin dəyişdirilməsi ÇAŞĞINLIQ YARATDI VİDEO

Veb TV | 20:30 • 15 Noyabr 2023
Gecə ikən zibil qutularının yerinin dəyişdirilməsi ÇAŞĞINLIQ YARATDI

Zibil qutularının yerinin dəyişdilməsi Binəqədi sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Yahya Hüseynov küçəsində yaşayan sakinlər zibil qutularının kənar əraziyə köçürülməsindən şikayətçidir.

Sakinlərin sözlərinə görə, onlar məişət tullantılarını atmaq üçün uzaq məsafə qət etmək məcburiyyətində qalırlar.

Sakinlər onlara xəbərdarlıq edilmədən ərazidən götürülən zibil qutularının əvvəlki yerinə qaytarılmasını tələb edirlər.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva  “Xəzər Xəbər”ə bildirdi ki zibil yeşikləri sözügedən ərazidə yaşayan bir qrup sakinin şikayəti əsasında oradan götürülüb. 

Sakinlər zibil qutularının onların yaşadıqları əraziyə yaxın yerə qoyulacağına ümid edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti