Xəzər Xəbər

Qəza vaxtı avtomobili yoldan kənara çəkmək OLMAZ? VİDEO

Veb TV | 21:00 • 14 Noyabr 2023
Qəza vaxtı avtomobili yoldan kənara çəkmək OLMAZ?

Maddi ziyanla nəticələnən qəza baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır.

Xezerxeber.az xəbər verir ki, onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri, hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranmasına səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov deyir ki, sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər.

Bunun üçün müəyyən şərtlər var.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirib ki, bu məsələdə sürücülərin diqqət yetirməli olduğu məqamlar var.

Ekspert əlavə edib ki, tərəflər öz aralarında razılığa gələrsə və dəymiş zərər 1000 manata qədərirsə, Dövlət Yol Polisi İdarəsinin ''Forma-4'' arayışını almağa da ehtiyac yoxdur. Yəni sığorta şirkəti belə şəxslərə də rahatlıqla ödəniş edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar