Xəzər Xəbər

Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq EFFEKTİV OLDU? VİDEO

Veb TV | 20:25 • 14 Noyabr 2023
Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq EFFEKTİV OLDU?

Bir müddət əvvəl Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq çəkildi.

Xezerxeber.az xəbər verir ki, məqsəd ictimai nəqliyyatın və minlərlə sərnişinin mənzil başına daha rahat çatmasını təmin etmək idi dir.

Əməkdaşlarımız avtobus zolağının nə qədər effektiv olduğunu araşdırmaq üçün səhər saatlarında ərazidə olublar.

Minik avtomobillərinin sürücüləri avtobus zolağı çəkildikdən sonra yollarının daraldığını, əvvəlki dövrlə müqayisədə çox çətinliklə hərəkət etdiklərini deyirlər.

Avtobus sürücüləri və ictimai nəqliyyatdan istifadə edənlər sərnişinlər isə vəziyyətdən məmnundurlar. Onlar avtobus zolağı ilə mənzil başına daha tez çatdıqlarını bildirirlər. Amma avtobus sürücülərinin narazı olduğu məqamlar da var.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Sumqayıt yolunda xüsusi zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 22-24 dəqiqə qısalıb.

Qeyd edək ki, avtobus zolağına daxil olan minik avtomobillərinin sürücüləri 40 manat məbləğində cərimə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar