Xəzər Xəbər

Dərzi sexini su basdı, ZİYAN BÖYÜKDÜR VİDEO

Veb TV | 20:13 • 14 Noyabr 2023
Dərzi sexini su basdı, ZİYAN BÖYÜKDÜR

Nəsimi rayonunda dərzi sexini su basıb.

Xezerxeber.az xəbər verir ki, istilik xəttindən axan su dərzi sexinə dolub və obyekt suyun içərisində qalıb.

Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 77 K-da yerləşən binada baş verib. Burada dərzi kimi fəaliyyət göstərən Tural Fərzəliyev iddia edir ki, mərkəzi istilik sistemi işə düşəndən sonra obyekti su basıb.

Tural Fərzəliyev deyir ki, vəziyyətlə bağlı aidiyyəti qurumu məlumatlandırsa da, nəticəsi olmayıb.

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı "Xəzər Xəbər"ə bildirib ki, sözügedən binanın zirzəmisindəki xətlər qurumun balansında deyil. Binanın mülkiyyətçisi mövsümdən öncə həmin kommunikasıyanın qorunması və işlək vəziyyətdə saxlanmasını təmin etməli idi.

Məsələ ilə bağlı ərazi üzrə 51 saylı Mənzil-Kommunal istismar sahəsinə də müraciət etdik. Oradan da bildirildi ki, bu problemi aradan qaldırmaq onların səlahiyyətində deyil. Görünən odur ki, hər iki qurum məsuliyyətdən yayınmaq üçün günahı bir-birinin üzərinə atdığından problemi həll etmək vətəndaşın ümidinə qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar