Xəzər Xəbər

Bakıdan Borelə CAVAB VİDEO

Veb TV | 20:02 • 14 Noyabr 2023
Bakıdan Borelə CAVAB

"Avropa İttifaqına üzv ölkələr aqressiv separatizm meyillərindən əziyyət çəkir".

Xezerxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamlarına dair şərhində qeyd edilib.

Nazirliyin sözçüsü Ayxan Hacızadə bildirib ki, Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir.

XİN-nin sözçüsü bildirib ki, Azərbaycan öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizə aparıb. Buna münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq doğurur.

Politoloq Tofiq Abbasov da deyir ki, Azərbaycanın suverenliyini həzm edə bilməyən bəzi qüvvələr, xüsusilə Fransa Avropa İttifaqında antiazərbaycan siyasətini gücləndirir. Bununla da Ermənistanın revanşızmini gücləndirməyə çalışan Fransa yenidən  Azərbaycanla münaqişə vəziyyəti yaratmağa cəhd edir. Politoloq qeyd edib ki, Fransa daim öz mənafeyini üstün tutub və bu yolda bütün beynəlxalq hüquq normaları gözardı edilib. Son 2 əsrin ən xoşagəlməz, çirkin cərəyanı olan antisemitizmə buna bir misaldır.

Politoloq vurğulayıb ki, hər hansı bir təhdidin olacağı təqdirdə Azərbaycan öz gücü və potensialı ilə cavab verəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti