Xəzər Xəbər

Bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı VİDEO

Veb TV | 20:27 • 13 Noyabr 2023
Bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı

Oktyabr ayında bəzi məhsullar bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət  Statistika Komitəsi məlumat yayıb.

Məlum olub ki, bu ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, mal və qoyun əti, balıq, yumurta və meyvə-tərəvzələrin qiymətlərində qeydə alınıb.

Ucuzlaşma isə əsasən çörək, günəbaxan və qarğıdalı yağları, şəkər tozu, qarabaşaq və qəhvənin qiymətlərində müşahidə olunub.

Qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.

2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 104,5 faiz təşkil edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar