Xəzər Xəbər

Bu kənddə qaz olmadığı üçün meyvə ağacları odun kimi istifadə edilir VİDEO

Veb TV | 21:00 • 13 Noyabr 2023
Bu kənddə qaz olmadığı üçün meyvə ağacları odun kimi istifadə edilir

Qəbələnin 2 mindən çox əhalisi olan Tikanlı kəndində mavi qaz yoxdur. Ona görə də sakinlər istilik üçün meyvə ağaclarını yandırmalı olurlar.

Xezerxeber.az-ın məlumatına görə, rayon mərkəzindən 13 km. aralıda və dağətəyi ərazidə yerləşən, qışı da çox soyuq olan bu kənddə bəzən ilin 8 ayında evlər qızdırılmalı olur. Yaşayış məntəqəsində təbii qaz olmadığı üçün də sakinlər bağlarında olan meyvə ağaclarını kəsərək odun kimi istifadə edirlər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, təbii qaz olmayan yaşayış məntəqələri mərhələli şəkildə qazlaşdırılır. Bu tədbirlər çərçivəsində Qəbələnin Tikanlı kəndi də təbii qazla təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar