Xəzər Xəbər

Mənzillərin bir kvadratmetri 400 manata kimi bahalaşıb FOTO/VİDEO

Veb TV | 19:50 • 13 Noyabr 2023
Mənzillərin bir kvadratmetri 400 manata kimi bahalaşıb

Bakının mərkəzi hissələrində əmlaklar baha olsa da, onların qiymət artımı kənarlardakına nisbətən cüzi dərəcədədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bunun səbəbi şəhərətrafı ərazilərə nisbətdə mərkəzdəki evlərə və mənzillərə tələbatın az olmasıdır.

Ekspert əlavə edib ki, Bakıərtafi – Abşeron. Xırdalan və Sumqayıt şəhərlərində 3-4 il bundan əvvəl yeni tikili binalarda mənzillərin 1 kv. metri 700-800 manata  satılırdısa, hazırda həmin ərazilərdə mənzillərin 1 kv. metri 1100 -1200 manat arası dəyişir. Amma Bakının mərkəzində mənzillərin 1 kv. metrinin qiymətində artım 10 faizə qədər olub.

Ekspert vurğulayıb ki, vətəndaşlar çıxarışı olmayan və ya müqaviləli şəkildə satılan hər hansı əmlakı alarkən onun haqqında ətraflı araşdırma aparmalıdırlar. Çünki bu, onları gələcəkdə baş verə biləcək mümkün risklərdən, dələduzluq hallarından qoruyacaq.

Elnur Fərzəliyev hesab edir ki, kapitallaşma baxımından da kənar ərazilərdən daşınmaz əmlak almaq daha sərfəlidir. Çünki müəyyən müddətdən sonra həmin əmlakların qiymətinin mərkəzə nisbətən daha çox artacağı gözlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar