Xəzər Xəbər

Özünüməşğulluğa cəlb edilən Şabran sakini ona verilən avadanlıqlardan narazıdır FOTO/VİDEO

Veb TV | 19:34 • 13 Noyabr 2023
Özünüməşğulluğa cəlb edilən Şabran sakini ona verilən avadanlıqlardan narazıdır

Özünüməşğulluq proqramına cəlb edilən Şabran sakini ona verilən avadanlıqlardan narazıdır.

Xezerxeber.az-ın məlumatına görə, Şabranın Günəşli kənd sakini Eynulla Mərdanov özünüməşğulluq proqramına cəlb edilib. Plastik qapı-pəncərə ustası olan vətəndaş yeni texniki avadanlıq almaq qərarına gəlib.

İki ildən sonra Dövlət Məşğulluqİdarəsinin Regional şöbəsindən ona yeni avadanlıq verilib. Amma plastik qapi-pəncərə istehsalı ilə məşğul olan şəxs ona təqdim edilən alətlərdən ikisinin uyğunsuz olduğunu iddia edir.

Ona görə də Eynulla Mərdanov aidiyyəti üzrə müraciət edərək avadanlığın dəyişdirilməsini istəyir.

Məsələyə münasibət bildirən Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib ki, proqrama müraciət edən hər bir vətəndaşa seçdiyi zərfin tərkibində hansı avadanlıqların oldugu barədə məlumat verilir. Zərflərin tərkibi adıçəkilən qurumun saytında yerləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar