Xəzər Xəbər

Gələn ilin büdcəsi sosialyönümlü olacaq VİDEO

Veb TV | 21:50 • 13 Noyabr 2023
Gələn ilin büdcəsi sosialyönümlü olacaq

2024-cü ildə büdcənin 43 faizi sosialyönümlü xərclər üçün nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, növbəti ilin büdcə xərclərini də sosialyönümlü hesab etmək olar.

Maliyyə naziri Samir Şərifov isə azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmini açıqlayıb. Bildirib ki, indiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə inflyasiya tədbirlərindən danışıb. Qeyd edib ki, anti-inflyasiya tədbirləri qiymət artımını tədricən yavaşladıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə qeyd edib ki, bank sektorunun dayanıqlığı diqqətdə saxlanılır.

İclasda millət vəkili Siyavuş Novruzov sənədsiz evlərlə bağlı problemi qaldırıb. Deyib ki, ölkədə 1 milyon sənədsiz ev var və bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar