Xəzər Xəbər

“Azərişıq” Laçında yenidənqurma işlərini davam etdirir VİDEO

Veb TV | 16:30 • 13 Noyabr 2023
“Azərişıq” Laçında yenidənqurma işlərini davam etdirir

Tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni yerinə yetirir.

Xezerxeber.az xəbər verir ki, aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi Laçında da böyük ölçüdə işlər görülüb. 

Məlumata görə, hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

Xəbər lenti

Çox oxunanlar