Xəzər Xəbər

Yanğınsöndürmə zamanı evdən bir qutu qızıl tapıldı VİDEO

Veb TV | 21:16 • 13 Noyabr 2023
Yanğınsöndürmə zamanı evdən bir qutu qızıl tapıldı

Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb edilib. Bir müddətdən sonra alovlar ram edilib.

Yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları ilə dolu bir qutu tapıblar. Onlar zinət əşyalarını sahibinə təhvil veriblər.

Şabran rayonunun Rəhimli kəndində də yanğın olub. Fərrux Ağamalıyevə məxsus təsərrüfat anidən alışıb.

Hadisə nəticəsində 15 baş iribuynuzlu heyvan, 100-ə yaxın toyuq və tövlənin damına yığılmış 1500 ədəd ot bağlaması yanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar