Xəzər Xəbər

Dünya mediası Xankəndidə keçirilən hərbi paraddan yazır VİDEO

Veb TV | 22:06 • 12 Noyabr 2023
Dünya mediası Xankəndidə keçirilən hərbi paraddan yazır

Dünyanın tanınmış media orqanları, xəbər agentlikləri Xankəndidə keçirilən hərbi paraddan yazırlar.

Doğurdan da, noyabrın 8-i keçirilən Zəfər paradı Azərbaycanın hərbi-siyasi gücünü dünyaya göstərərək Ermənistana və havadarlarına ciddi mesaj verdi.

Hərbi-siyasi ekspert Telman Qasımov deyir ki, 35 il sonra Xankəndiyə qayıdışımızı hərbi paradla qeyd etməyimiz tarixə əbədi həkk olundu.

Ekspertin sözlərinə görə, hərbi paradda ağır texnikaların əvəzinə şəxsi heyətin hərəkət etməsi də bir mesaj idi. Artıq dünya ordumuzun bazasını və gücünü görmüşdü. Bu dəfə zəfəri bizə qazandıran silahlı qüvvələrimizin şəxsi heyətini göstərməli idik və göstərdik.

Bir sözlə, Azərbaycanın dünyada qalib ölkə olduğu bir daha təsdiqləndi. Antiterror tədbirləri zamanı müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində "Zəfər" sözü həkk edilən lövhənin meydana gətirilməsi Ermənistan ordusunun məğlubiyyətinin nümayişi idi. Yaşadığımız bu qürur hissi isə dövlət başçısının düşünülmüş siyasətinin təntənəsi idi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti