Xəzər Xəbər

Bərdədəki məcburi köçkün şəhərciyinə verilən su istifadəyə yararsızdır - İDDİA və RƏSMİ CAVAB VİDEO

Veb TV | 19:50 • 12 Noyabr 2023
Bərdədəki məcburi köçkün şəhərciyinə verilən su istifadəyə yararsızdır - İDDİA və RƏSMİ CAVAB

Bərdədəki məcburi köçkün şəhərciyində mənzillərə verilən su istifadəyə yararsızdır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edir ki, Qarabağ su kanalından götürülən texniki su onlara içməli su kimi verilir.

Su kanalının natəmiz olması və  ölmüş heyvanların oraya atılması bu sudan istifadəni təhlükəli edir. Bu kanalın suyundan 1400 dən çox ailə içməli su kimi istifadə edir.

Sakinlər bildirir ki, su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan fərqlənir. Bu səbəbdən insanlar digər ərazilərdən icməli su gətirirlər.

Sakinlər qeyd ediblər ki, 5 və 7 mərtəbəli binaların yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsi ilə verilir. 10 il öncə istifadəyə verilən şəhərciyin sakinlərinin sözlərinə görə, çoxmərtəbəli binalara verilən su içmək üçün yox, suvarma üçün yararlıdır.

Sakinlər üzləşdikləri problemlə bağlı dəfələrlə  Bərdə Su və Kanalizasiya İdarəsinə və digər dövlət qurumlarına müraciət etdiklərini deyir. Amma bu günə qədər sakinlərin müraciətinə müsbət cavab verilməyib.

Məsələ ilə bağlı Bərdə rayon Suvarma Sistemləri İdarəsindən “Xəzər Xəbər”ə bildirib ki, sakinlərin qaldırdıqları problem həqiqətə uyğun deyil. Qarabağ su kanalından götürülən su ən son avadanlıqlarla təchiz edilmiş xüsusi filtirlərdən keçərək təmizlənir. Sonra həmin su anbara yığılır. Anbarda suyun keyfiyyətini artırmaq üçün xüsusi maddələr vurulur. Bundan sonra əhaliyə içməli su verilir. Yəni məcburi köçkün şəhərciyinə verilən içməli suyun keyfiyyətinə hec bir problem yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti