Xəzər Xəbər

Rayon avtovağzallarında sıxlıq yaşanır VİDEO

Veb TV | 21:33 • 12 Noyabr 2023
Rayon avtovağzallarında sıxlıq yaşanır

Bayram tətili bitdiyi üçün bölgələrə üz tutan sakinlər geri qayıdırlar. Buna görə də rayon avtovağzallarında sıxlıq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəran avtovağzalından bildirilib ki, bayram  günlərində sərnişinlərin sayı adi günlərlə müqayisədə 2-3 dəfə artıb.

Sıxlığın qarşısını almaq üçün xəttə əlavə avtobuslar buraxılıb. Süni qiymət artımının olmaması üçün nəzarət tədbirləri gücləndirilib.

Zaqatala avtovağzalında da vəziyyət eynidir. Amma tətildə rayona gələn sakinlər paytaxt və digər rayonlara qayıtmaq üçün biletlərini 3-4 gün əvvəldən onlayn şəkildə alıblar. 

Avtovağzal rəsmisinin verdiyi məlumata görə, dünəndən gücləndirilmiş iş rejminə keçilib.

Tətilin son günündə Gəncədən də paytaxta yola düşənlərin sayında ciddi artım müşahidə olunur və buna uyğun hazırlıq görülüb.

Sərnişinlər deyirlər ki, istər onlayn, istərsə də kassadan bilet alışı zamanı ciddi çətinliklə üzləşməyiblər.

Süni qiymət artımı ilə bağlı avtovağzal rəhbərliyinə heç bir müraciət daxil olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar