Xəzər Xəbər

Fransa Gürcüstan vasitəsilə Ermənistana hərbi texnika yollayır VİDEO

Fransa Qafqazda sülhün və təlhükəsizliyin əleyhinə olduğunu nümayiş etdirir
Veb TV | 20:54 • 12 Noyabr 2023
Fransa Gürcüstan vasitəsilə Ermənistana hərbi texnika yollayır

Fransa bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən sülhə vasitəçi olmaq istəyir.

Xezerxeber.az-ın məlumatına görə, Fransa Gürcüstan vasitəsilə Ermənistana hərbi texnika yollayır.

"Caliber"in əldə etdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan "Bastion" çoxməqsədli zirehli texnikası Gürcüstanın Poti limanına yola salınıb. "Bastion" üçün komponentlər də göndərilib. Tədarükçü Fransanın "Arquus" şirkətidir.

Görünən odur ki, rəsmi Paris Ermənistana hər zaman olduğu kimi, indiki həssas məqamda da qayğı göstərir. Fransanın maraqları əslində erməni xalqının rifahı yox, regionda söz sahibi olmaqdır. Lakin atdığı addımlardan da açıq-aydın görünür ki, bu ölkə heç vaxt bu missiyanın sahibi ola bilməyəcək.

Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Fransa Qafqazda sülhün və təlhükəsizliyin əleyhinə olduğunu nümayiş etdirir.

Siyasi şərhçi bildirib ki, Fransanın vasitəçi olmasında maraqlı olan Avropa İttifaqı baş verənləri kənardan izləyir, Fransanın Ermənistanı silahlandırmasına heç bir reaksiya vermir.

Politoloq vurğulayıb ki, Fransanın hazırda qarşısına qoyduğu məqsəd yeni münaqişə ocağı yaratmaqdır. Amma rəsmi Paris bununla nəyəsə nail ola biləcəyini düşünsə də, unudur ki, Ermənistan ordusunu hərbi texnika ilə təmin etmək onu dirçəltmək anlamına gəlmir. Həmin texnikaların taktiki texniki xüsusiyyətlərini, idarəetmə sistemini öyrənmək üçün vaxt və peşəkarlıq lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar