Xəzər Xəbər

Xəzərdə iki balıqçı itkin düşüb, axtarışa helikopter cəlb olunub VİDEO

Veb TV | 15:25 • 12 Noyabr 2023
Xəzərdə iki balıqçı itkin düşüb, axtarışa helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024