Xəzər Xəbər

Yol qəzaları üç nəfərin həyatına son qoyub, yaralılar var VİDEO

Veb TV | 22:22 • 12 Noyabr 2023
Yol qəzaları üç nəfərin həyatına son qoyub, yaralılar var

Gəncədə yük maşını ilə minik avtomobili toqquşub.

Xezerxeber.az-ın məlumatına görə, ölümlə nəticələnən ağır yol qəzası Gəncədə, şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Qəza nəticəsində minik maşınının sürücüsü 19 yaşlı Mehdi Qəhrəmanzadə hadisə yerində ölüb. 21 yaşlı Zöhrab Hüseynov və 19 yaşlı Çingiz Mustafayev isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Naftalanda isə küçədə 42 yaşlı qadının meyiti aşkarlanıb. Gecə saatlarında təcili yardım xidmətinə sözügedən ərazidə 1981-ci il təvəllüdlü Sənurə İmaninin ölməsi haqda xəbər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin gəncə regional qrupundan bildirilib ki, qadını avtomobil vurub.

İmişlidə baş verən yol qəzasında isə uşaq ölüb. Yol nəqliyyat hadisəsi rayonun Telişli kəndi ərazisində qeydə alınıb. Minik maşının aşması nəticəsində avtomobildə olan sərnişin 9 yaşlı uşaq ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024