Xəzər Xəbər

Sosial şəbəkələrdə böyük marağa səbəb olan videonu hazırlayan gənc "Xəzər Xəbər"ə açıqlama verdi VİDEO

O, qarşıya bu sahəni daha da inkişaf etdirmək məqsədi qoyub
Veb TV | 21:12 • 11 Noyabr 2023
Sosial şəbəkələrdə böyük marağa səbəb olan videonu hazırlayan gənc "Xəzər Xəbər"ə açıqlama verdi

Sosial şəbəkələrdə yayılan və izləyənlərin marağına səbəb olan video təəccüb doğurub.

Xezerxeber.az bildirir ki, videoda yol polisindən qaçan “Prius”un dənizə düşməsi əks olunub.

Sosial şəbəkə istifadəçilərinin bir çoxu videonun real olduğunu düşünüb. Halbuki video gerçək deyil və xüsusi kompüter proqramları vasitəsi ilə Elmir Məmmədov tərəfindən hazırlanıb.

“Xəzər Xəbər”ə danışan Elmir Məmmədov uzun illərdir bu işlə məşğul olduğunu deyib. 23 yaşlı müsahibimiz videonu xüsusi kompüter proqramlarından istifadə edərək ərsəyə gətirib.

Elmir Məmmədov deyir ki, hazırladığı belə vidoları xarici platformalarda çox təqdim edib. O, 3 həftəyə ərsəyə gətirdiyi görüntünün bu qədər ajiotaj yaradacağını gözləmirmiş.

Elmir Məmmədov deyir ki, ölkəmizdə belə videoların hazırlanmasına maraq elə də böyük deyil. O, qarşıya bu sahəni daha da inkişaf etdirmək məqsədi qoyub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024