Xəzər Xəbər

Maşının təkəri çıxdı, piyadanın həyatına son qoydu VİDEO

Veb TV | 19:42 • 11 Noyabr 2023
Maşının təkəri çıxdı, piyadanın həyatına son qoydu

Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə sakini, 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Xezerxeber.az hadisənin videogörüntüsünü təqdim edir:

Xəbər lenti

Çox oxunanlar