Xəzər Xəbər

Şirkət yaradıb vətəndaşların pullarını mənimsədilər VİDEO

Veb TV | 20:07 • 11 Noyabr 2023
Şirkət yaradıb vətəndaşların pullarını mənimsədilər

Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsinin təsisçiləri vəsaitləri mənimsəyərək aradan çıxıb. İlkin məlumata görə, platformada 50.000 manata qədər pulu batan insanlar var.

Xezerxeber.az-ın məlumatına görə, "Pazfarm" şəbəkəsi insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandırırdı, lakin dünən təsisçilər pulları götürüb platformanın fəaliyyətini dayandırıblar.

Mövzu ilə bağlı danışan kibertəhlükəsizlik üzrə mütəxəssis Rəşad Zeyvəliyev deyib ki, bu tip platformaların təsisçiləri adətən xarici ölkələrdə olduqlarından onları müəyyən edib məsuliyyətə cəlb etmək olmur. Onlar vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün batan pulların geri qayıtması da mümkünsüzdur.

Mütəxəssis bu tip məsələlərdə vətəndaşları diqqətli olmağa çağırır.

DİN-dən bildirildi ki, faktla bağlı araşdırılma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar