Xəzər Xəbər

Astarada yaşlı qadının qətli planlı olub - Mərhumun oğlu açıqlama verib FOTO/VİDEO

Hadisənin təfərrütı da məlum olub
Veb TV | 20:23 • 11 Noyabr 2023
Astarada yaşlı qadının qətli planlı olub - Mərhumun oğlu açıqlama verib

Dünən Astarada baş verən qətlin üstü açılıb.

Xezerxeber.az-ın məlumatına görə, Astara Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla rayonun Kakalos kənd sakinləri 37 yaşlı Vüsal Əskərov, 40 yaşlı Elmir Məmmədov və 40 yaşlı  Şəmkir rayon sakini Bəhruz Suleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zeynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mərhum - 77 yaşlı qadının oğlu Əfqan Məmmədov iddia edib ki, qonşuları Şəmkirdən gələn şəxslə birlikdə əvvəlcədən plan qurublar. Fürsət tapan kimi evə giriblər.

Bundan sonra qadın qətlə yetirilib.

Şübhəli şəxslər mərhumun oğlu ilə daha əvvəl Bakıda görüşüblərmiş.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanıb. Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Suleymanov saxlanıblar.

İbtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar