Xəzər Xəbər

Laçına böyük köç davam edəcək FOTO/VİDEO

Laçında infrastruktur daha da yaxşılaşır
Veb TV | 20:55 • 11 Noyabr 2023
Laçına böyük köç davam edəcək

Laçın şəhəri günü-gündən gözəlləşir, abadlaşır.

Xezerxeber.az-ın məlumatına görə, bu vaxta qədər 315 ailə, 1205 nəfər Laçına - doğma yurduna geri qayıdaraq yeni evlərində məskunlaşıb. Bundan sonra Laçına böyük köç davam edəcək. İllərdir Laçın həsrəti çəkən hər kəs ora qayıdacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, bu ilin may ayından etibarən indiyə kimi Laçına şəhərinə 1205 nəfər, Zabux kəndinə isə 94 nəfər köçürülüb. Yurduna geri qayıdan laçınlılar onlara verilən yeni evlərdə xoşbəxt yaşayırlar.

Millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, Laçında yaradılan şəraitlə bir daha Ermənistana və dünyaya göstərildi ki, o torpaqların sahibi Azərbaycandır.

Deputat bildirib ki, Azərbaycan dövlətinin əsas məqsədi keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməkdir.

Qeyd edək ki, iyul ayında Laçın yüksəksürətli internetlə, ötən günlərdə isə təbii qazla təmin edilib. Laçın şəhərinə və kəndlərinə 2024-cü ildə də köç davam edəcək. Növbəti il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsait ayrılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar