Xəzər Xəbər

Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb VİDEO

Veb TV | 21:46 • 11 Noyabr 2023
Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb

Fransanın artıq qlobal güc olmaq imkanı yoxdur.

Yürütdüyü siyasət nəticəsində bu ölkə nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada söz sahibi olmadığını sübut etdi.

Mövzu ilə bağlı danışan politoloq Elçin Mirzəbəyli deyir ki, indi Fransanın xarici siyasət kursu situativdir və yalnız konkret hadisələrə reaksiya verməklə məşğuldur.

Rəsmi Paris Yaxın Şərq regionunda baş verən hadisələrə də ikibaşlı reaksiya verdi. Bu ölkə əvvəlcə HƏMAS-a qarşı koalisiyada iştirak edəcəyini bəyan etdi, daha sonra isə İsrail əleyhinə fikirlər səsləndirdi.

Siyasi şərhçi əlavə edib ki, Fransanın Afrikadakı işğalçılıq siyasəti, etdiyi zorakılıqlar heç vaxt yaddan çıxmır. Ona görə də rəsmi Parisin obyektivlik, insan haqlarına hörmət, qanunun aliliyi kimi prinsiplərdən, bəşəri dəyərlərdən danışmağa mənəvi haqqı yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar