Xəzər Xəbər

Binə qəbiristanlığında bahalı mərmərdən olan güldanlar oğurlanır FOTO/VİDEO

Sakinlər narahatdır
Veb TV | 22:00 • 11 Noyabr 2023
Binə qəbiristanlığında bahalı mərmərdən olan güldanlar oğurlanır

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanəır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, yaxınlarının məzarını ziyarətə gələnlər gözlərinə inana bilməyiblər.

Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb.

Doğmalarını orada dəfn edənlər deyirlər ki, bir müddətdir. kimlərsə məzarlıqdakı güldanlara qənim kəsilib.

Güldanların tamah məqsədilə oğurlandığı güman edilir.

Məzarlığın nəzarətçisi Bəxtiyar Cavanşirov deyir ki, artıq məsələ ilə bağlı aidiyəti üzrə məlumat verilib.

Dəfn edilənlərin yaxınları tezliklə oğurluq edənlərin saxlanmasını istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar