Xəzər Xəbər

Bakıda sürücü avtoyuma məntəqəsinin qarşısında qəfil öldü FOTO/ANBAAN VİDEO

Veb TV | 10:51 • 11 Noyabr 2023
Bakıda sürücü avtoyuma məntəqəsinin qarşısında qəfil öldü

Bakıda avtoyuma məntəqəsinin qarşısında sürücü qəfil vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.

Şirvan şəhər sakini İmaş Əliyev “Hyundai Accent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və maşının arxa qapısını açmaq istəyərkən qəfil yıxılıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, sürücü ürək çatışmazlığından həyatını itirib.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Xəbər lenti