Xəzər Xəbər

Bu ərazidə yaşayanların çoxu evini satmaq istəyir VİDEO

Səbəb dözülməz şəraitdir
Veb TV | 20:55 • 10 Noyabr 2023
Bu ərazidə yaşayanların çoxu evini satmaq istəyir

Biləsuvar rayonu, Səməd Vurğun küçəsində yaşayanların çoxu evini satmaq istəyir. Səbəb ətrafa yayılan dözülməz üfunətdir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, şəhərin kanalizasiya şəbəkəsinin tərkib hissəsi olan nasos stansiyası işə düşən gündən evlərində nə yemək yeyə, nə də dincələ bilirlər.

Onlar çarəni evlərini tərk etməkdə görürlər.

Sakinlər hesab edirlər ki, nasos stansiyası bir neçə kilometr aralıda, sakinlərin daha az məskunlaşdığı yerdə quraşdırılmalı idi.

Məsələ ilə bağlı Biləsuvar Su kanal sahəsindən bildirilib ki, sözügedən nasos stansiyası ötürücü rol oynayır.

''Orada işlər tamamlanmayıb. Proses yekunlaşandan sonra problem aradan qaldırılacaq'', - deyə qurumdan əlavə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti